bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

"Qızıl top" mükafatı bu il təqdim olunmayacaq

20.07.2020 17:23 Oxundu 588

Koronavirus pandemiyası səbəbindən "Qızıl top" mükafatı bu il təqdim olunmayacaq.

Cempion.az xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb.

Bildirilib ki, 1956-cı ildən bəri hər il təşkil olunan mərasim bu il baş tutmayacaq. Koronavirus pandemiyası səbəbindən yaranmış problem səbəbindən "Qızıl top" bu dəfə heç kimə verilməyəcək.

Qeyd edək ki, ötən il "Barselona"nın kapitanı Lionel Messi 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb.