20.07.2020 18:43
554
554

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Cempion.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxovla yeni sözləşmə bağlanılıb.
24 yaşlı futbolçunun 2020/21 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə artırılıb.
Sadıxov 2019/20 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.
Qeyd eək ki, klub daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb.