21.07.2020 12:17
532


İngiltərənin ''Çelsi'' klubu Kay Haverts transferini yekunlaşdırmaq üzrədir.
Cempion.az İtaliya mətbutaına istinadən xəbər verir ki, ''Bayer Leverkusen''də çıxış edən Haverts ''zadəganlar'' ilə 2025-ci ilə qədər müqavilə imzalamağa çox yaxındır. İngiltərə təmsilçisi futbolçu ilə 8 milyon avro maaş üzərində razılıq əldə edib. ''Çelsi'' tərəfi Almaniya klubuna hücumçu üçün 70 milyon avro təklif etsə də, ''Leverkusen'' tərəfi Haverts üçün 90 milyon avro istəyir. Almaniyalı təcrübəli futbolçu ''Çelsi''də oynamaq istədiyini klub rəhbərliyinə bildirib.
Xəbərdə bildirilir ki, klublar arasında danşıqlar davam edir.
Qeyd edək ki, bu mövsüm ''Leverkusen'' formasıyla 43 oyuna çıxan Haverts 17 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.