çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Dayerlə yeni müqavilə

21.07.2020 15:40 Oxundu 562


“Tottenhem” futbolçusu Erik Dayerlə müqavilənin müddətini uzadıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London klubu ingiltərəli futbolçu ilə 2024-cü ilin iyununadək nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Qeyd edək ki, 2014-cü ildən “Tottenhem”in şərəfini qoruyan Dayer klubda keçirdiyi 239 oyunda 11 qolla yadda qalıb. O, cari mövsümdə 29 matçda iştirak edib.