bazar, 27 iyul 2025

DÜNYA FUTBOLU

Mbappedən karyerası ilə bağlı açıqlama

22.07.2020 18:20 Oxundu 694

PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişməyəcək.

Cempion.az xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.

21 yaşlı forvard bildirib ki, növbəti mövsümü də Paris klubunun heyətində keçirəcək: "Klubumla müqavilə müddətim 2022-ci ilə qədərdir. 50-ci ilin qeyd olunduğu bu xüsusi mövsümdə PSJ-nin formasını geyinəcəyəm".

Qeyd edək ki, Kilian Mbappenin transferində maraqlı olan "Real" da onun keçidindən vaz keçib.