22.07.2020 19:30
579

Futbol üzrə Almaniya Bundesliqasında 2019/2020-ci il mövsümünün ən yaxşı hakimi seçilib.
Cempion.az xəbər verir ki, 41 yaşlı referi Deniz Aytekin Almaniyanın ''Kicker'' nəşirinin oxucular arasında keçirdiyi “İlin hakimi” sorğusunda 43,3 səs toplayaraq birinci olub. O, ikinci yeri tutan Manuel Qröfü 13 səs fərqi ilə qabaqlayıb.
Qeyd edək ki, türk əsilli FIFA kateqoriyalı referi ötən mövsüm də “İlin hakimi” seçilmişdi.