çərşənbə axşamı, 29 iyul 2025

BİZİM FUTBOL

Millimizin hücumçusu ingilislərin hədəfində

23.07.2020 11:36 Oxundu 613


İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan miillisinin üzvü Renat Dadaşov daha bir Çempionşip klubunun hədəfindədir.

Cempion.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Birmingem Siti” klubu Dadaşovun xidmətində maraqlıdır. Klub azərbaycanlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. “Birmingem Siti” bunun üçün klub “Vulverhempton”a rəsmi təklif də göndərib, amma tərəflər arasında razılıq əldə olunmayıb.

Daha əvvəl Çempionşipin digər klubu “Koventri”nin də 21 yaşlı futbolçunu transfer etmək istədiyi bildirilmişdi.

Qeyd edək ki, 2019-cu ildən “Vulverhempton”da çıxış edən 21 yaşlı Renat, əsas komandada debüt etməyib.