çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Daha bir ölkədə çempion müəyyənləşdi

23.07.2020 13:06 Oxundu 533


Sloveniya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

Cempion.az xəbər verir ki, çempionatın 36-cı turunda “Olimpiya” ilə 2:2 hesablı bərabərliyə razılaşaraq, xallarının sayını 69-a çatdıran “Tselye” çempionluğunu rəsmiləşdirib. Bu, “Tselye”nin liqa tarixində ilk çempionluğudur.

Bununla da, klub ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək haqqı qazanıb. Sloveniya çempionu qitənin birinci dərəcəli klub turnirində “Qarabağ”ın potensial rəqiblərindən biridir.