23.07.2020 13:38
585


İspaniyanın ''Barselona'' klubu Çempionlar Liqasında uğur qazana bilməsə Setien istefaya göndəriləcək.
Cempion.az Fransanın ''L’Equipe'' nəşrinə istinadən xəbər verir ki, çempionluq yarışında ''Real''a uduzan Kataloniya təmsilçisi Çempionlar Liqasında uğur qazana bilməyəcəyi halda Kiki Setyenin əvəzinə Laurent Blank ilə 1 illiyinə müqavilə imzalanacaq. O da bildirilir ki, Blankın müqaviləsi bitəndən sonra baş məşqçi postuna klubun keçmiş əfsanəvi futbolçusu Xavi gətriləcək.