çərşənbə axşamı, 29 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi

23.07.2020 14:08 Oxundu 580


Sloveniyada 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Cempion.az xəbər verir ki, "Tselye" tarixində ilk dəfə ölkə çempionu olub.

Komanda 36-cı turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edib. Xalını 69-a çatdıran "Tselye" ölkə çempionatını 1-ci pillədə başa vurub.

Qeyd edək ki, "Tselye" ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Beləliklə, klub  "Qarabağ"ın ÇL-dəki potensial rəqibi olacaq.