çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

  Arda Turan yenidən "Qalatasaray"ın gündəmində

23.07.2020 15:08 Oxundu 559


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim  Arda Turanı komandaya yenidən gətirməkdə israrlıdır.

Cempion.az  "Habertürk"ə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis ötən gün  növbəti mövsümə hazırlıqlar aparmaq məqsədilə keçirilən iclasda 33 yaşlı yarımmüdafiəçinin transfer məsələsini gündəmə gətirib. O, İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz və digər klub nümayəndələrinə türk oyunçunu növbəti mövsümdən "Qalatasaray"da görmək istədiyini və mövzuya yenidən baxılmasını tələb edib. Rəhbərlik Ardanın transfer məsələsini müzakirə edəcəyini bildirib.

Fatih Terim Arda Turanı qış transfer pəncərəsi dövründə komandaya qaytarmağı planlaşdırırdı. Lakin həmin vaxt bu transferi istəməyən azarkeşlərin çoxluğunu görən Mustafa Cengiz oyunçunun keçidinə müsbət yanaşmamışdı.

Qeyd edək ki, A.Turan 2004-2011-ci illərdən "Qalatasaray"ın formasını geyinib. "Barselona" ilə müqaviləsi ötən ay başa çatan Arda hazırda azad agent statusuna malikdir.