çərşənbə axşamı, 29 iyul 2025

BİZİM FUTBOL

“Səbail”də yeni müqavilə

23.07.2020 16:39 Oxundu 531


“Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Cempion.az xəbər verir ki, paytaxt təmsiçisi yarımmüdafiəçi Rahid Əmirquliyevlə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın kapitanı növbəti mövsümün sonunadək “Səbail”in şərəfini qoruyacaq.

“Səbail” daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimli, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla yeni müqavilə imzalayıb.