çərşənbə axşamı, 29 iyul 2025

BİZİM FUTBOL

Millimizin Kiprlə oyununun stadionu məlum olub

24.07.2020 13:12 Oxundu 759


Yığmamızın UEFA Millətlər Liqasında rəqiblərindən olan Kipr millisinin ev oyunlarını keçirəcəyi stadion məlum olub.

Cempion.az xəbər verir ki, Yohan Valemin rəhbərlik etdiyi komanda ev oyunlarını Nikosiyadakı GSP stadionunda keçirəcək. Bu barədə “Protathlima” nəşri məlumat yayıb.

Azərbaycan millisi Millətlər Liqasında C Liqasının 1-ci qurupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq. Millinin Kiprlə səfər görüşü sentyabrın 8-də olacaq.