24.07.2020 16:49
576

17 yaşlı filippinli futbolçu Anyana Bautista vəfat edib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Bautistaya bir ay əvvəl ensefalomielit diaqnozu qoyulmuşdu. Bu xəstəlik beyin və onurğa beynin geniş yayılmış iltihabıyla xarakterizə olunur.
Daha sonra koronavirusa yoluxan Bautistanın vəziyyəti ağırlaşıb və vəfat edib.
Qeyd edək ki, mərhum futbolçu Filippinin “Nomads” klubunda çıxış edirdi.