çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Qabonlu hücumçunun ''Arsenal''dan tələbi

24.07.2020 17:19 Oxundu 612

İngiltərənin ''Arsenal'' komandasının hücumçusu Obameyanq maaşının qaldırılmasını kulubdan tələb edib.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qabonlu qolçu illik 10.4 milyon avro maaşının ''topçuların'' ən çox qazanan futbolçusu Mesut Özil ilə eyni olmasını istəyir. Türk əsilli alman futbolçu İngiltərə klubunda illik 18.2 milyon avro qazanır. İlk olaraq Obameyanqın tələbi qəbul edilməsə də futbolçu ilə ortaq məxrəcə gəlmək üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, bu mövsüm qabonlu hücumçu ''Arsenal'' forması ilə çıxdığı 42 qarşılaşmada 25 qolla yadda qalıb.