bazar, 29 mart 2026

BİZİM FUTBOL

“Neftçi”dən növbəti transfer - ViDEO

25.07.2020 09:00 Oxundu 620


“Neftçi” heyyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, paytaxt klubu braziliyalı sol cinah müdafiəçisi Tallison Diası heyətinə qatıb.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə müqavilənin müddəti bəlli deyil.

“ASA Arapirakara”nın yetirməsi olan Tallison karyerası ərzində “Flamenqo”, “Fortaleza”, “Keara”, “Red Bull Brazil”, “Vitoriya”, “Sent-Trüden” kimi klublarda da forma geyinib. O, son olaraq ölkəsində “Quarani”nin uğurları üçün çalışıb.