çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Fransa kubokunun qalibi müəyyənləşdi

25.07.2020 07:00 Oxundu 564


Futbol üzrə Fransa kubokunun final qarşılaşması keçirilib.

Cempion.az xəbər verir ki, həlledici oyunda Liqa 1-in qalibi elan olunan PSJ ilə “Sent-Etyen” qarşılaşıb.

Bu görüşün taleyini bir qol həll edib. Neymarın 14-cü dəqiqədə rəqib qapısından keçirdiyi top Paris təmsilçisinə növbəti titulu qazandırıb.

Qeyd edək ki, PSJ tarixində 13-cü dəfə Fransa kubokunu qazanıb. Bu baxımdan rekordçu olan parisliləri 10 kuboku olan Marsel “Olimpik”i izləyir.