25.07.2020 10:33
541


Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun hücumçusu Kilian Mbappe sıradan çıxıb. Oyunun 33-cü dəqiqəsində rəqib futbolçu Loik Perrenlə mübarizə zamanı zədələnən Mbappe, meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Onu Pablo Sarabia əvəzləyib.
21 yaşlı futbolçunun ayağında çatın olmasından şübhələnilir. Onun vəziyyəti tibbi müayinədən sonra dəqiq bilinəcək.