çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

''Qalatasaray''ın yeni hədəfi

25.07.2020 13:35 Oxundu 618

Türkiyənin ''Qalatasaray'' klubu gələcək mövsüm üçün güclü heyyət qurmağa çalışır.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, İstanbul  təmsilçisi ''Köln''də forma geyinən 22 yaşlı türk əsilli yarımmüdafiəçi Salih Özcan ilə yaxından maraqlanır. Fateh Terimində israrla istədiyi futbolçu üçün Almaniya klubu ''Qalatasaray''dan 5 milyon avro tələb edib.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi klubdan ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, bu mövsüm ''Köln''dən icarə əsasında Bundesliqa 2 klublarından olan ''Kiel'' komandasına yollanan Özcan çıxdığı 28 oyunda 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.