çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

İspaniya klubunda koronavirus şoku

25.07.2020 15:10 Oxundu 533


İspaniyanın “Fuenlabrada” klubunda koronavirusa yoluxma halı qeydə alınıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sequnda klubunun 12 üzvü koronavirusa yoluxub. Bununla da, indiyədək klubda virusa yoluxanların sayı 28-ə çatıb.

Virusa yoluxanların ciddi simptomları olmadığı və karantinə alındıqları bildirilir.

Vəziyyətlə bağlı Sequndanın son turunda keçirilməli olan “Deportivo” – “Fuenlabrada” qarşılaşması təxirə salınıb.