çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

Sabiq ''Barselona''lı koronavirusa yoluxub

25.07.2020 16:09 Oxundu 545

İspaniya millisinin və "Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusa yoluxub.

Cempion.az xəbər verir ki, bunu hazırda Qətərin "Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalının özü açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında testinin müsbət nəticələndiyini bildirib: "Koronavirus testimin nəticəsi müsbət oldu. Xoşbəxtlikdən tam qaydasındayam, amma protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”.