çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

İngiltərə klubu transferə 300 milyon funt sterlinq ayıracaq

25.07.2020 16:39 Oxundu 509

İngiltərənin "Mançester Siti” klubunun yay transferlərinə ayıracağı vəsait müəyyənləşib.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi bunun üçün 300 milyon funt sterlinq ayırmağa hazırdır.

Heyətini gücləndirmək niyyətində olan Premyer Liqa klubu mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi almağı planlaşdırır. Müdafiənin mərkəzi üçün iki oyunçunun transferi gündəmdədir.

Qeyd edək ki, "Mançester Siti” sonuna bir tur qalan Premyer Liqanın turnir cədvəlində 78 xalla ikincidir.