25.07.2020 21:17
520


İtaliyanın "İnter" futbol klubu 2021-ci ildə İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messiyə transfer təklifi edəcək.
Cempion.az Sport Mediaset nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı L.Messinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.
Milanalılar, klubdakı mövcud çətin münasibətləri nəzərə alaraq, müqavilənin bitməsindən sonra Messini pulsuz alacağına ümid edirlər.