çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

“Liverpul”dan “Zenit”ə

26.07.2020 14:39 Oxundu 572

“Liverpul”un müdafiəçisi Deyan Lovren “Zenit”ə keçməyə yaxındır.

Cempion.az “The Times” nəşrinə istinadən xəbər verir ki, mənbənin yazdığına görə, artıq iki klub transferlə bağlı razılığa gəlib. Sankt-Peteburq klubu xorvatiyalı müdafiəçini transfer etmək üçün son İngiltərə çempionuna 12 milyon avro ödəyəcək.

Xatırladaq ki, Lovrenin “Liverpul”la müqaviləsi gələn ilin yayında başa çatırdı. Transfer reallaşsa, Deyan “Zenit”lə 2+1 illik müqavilə imzalayacaq. Xorvatiyalı hər ilə 2,5 milyon avro məvacib alacaq.