çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Brazilyalı ingilislərin radarında

26.07.2020 14:09 Oxundu 541

İngiltərə klubları brazilyalı futbolçu ilə yaxından maraqlanırlar.

Cempion.az ''Daily Express'' nəşrinə istinadən xəbər verir ki,  “Portu”nun 27 yaşlı futbolçusu Aleks Telles ''Mançetser Yunayted'' və ''Mançester Siti'' klublarının transfer siyahısına daxil olub. ''Çelsi''nin də gündəmində olan sol cinah müdafiəçisi ''qırmızı şeytanlar''ın heyyətində çıxış etmək istədiyini açıqlayıb.

Xəbərdə bildirilir ki, Aleks Telles gələn mövsümdən karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır.

Qeyd edək ki, brazilyalı cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 39 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.