26.07.2020 18:52
541


''İnter''in baş məşqçisi Antonio Konte ''Cenoa''nı məğlub etdikləri oyundan sonra media işçilərinin suallarını cavablandırıb.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli baş məşqçi Messinin ''İnter''ə transfer olacağı barədə verilən suala bu cür cavab verib. ''Bu xəbər sadəcə olaraq yalandan ibarətdir. Messinin ''İnter''ə transfer olacağına inanmayın. Arqentinalı ulduz futbolçu mənim kluba gəlişimdən sonra transfer siyahımızda yer almayıb. Messini transfer etmək hər hansı bir klub uçun asan deyil''.