26.07.2020 21:46
553

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.
Cempion.az xəbər verir ki, paytaxt klubu özü kimi Avropa Liqasında mübarizə aparacaq “Sumqayıt”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda “ağ-qaralar” 3 cavabsız qola seviniblər.
26 iyul
Yoxlama oyunu
''Neftçi'' – ''Sumqayıt'' 3:0
Qol: Namiq Ələsgərov, Tallison, Mirabdulla Abbasov.
Qəbələ şəhər stadionu