çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

“Yuventus”dan növbəti çempionluq

27.07.2020 11:50 Oxundu 588


Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Cempion.az xəbər verir ki, turun açılış matçı Milanda keçirilib. Son turlarda inamlı çıxış edən “Milan” bu dəfə “Atalanta”nın müqavimətini qırmağa çalışsa da, bu görüşdə 1 xalla kifayətlənib.

Şənbə günü üç qarşılaşma baş tutub. “Breşiya” evdə “Parma”ya uduzub. “Napoli” “Sassuolo” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “İnter” isə səfərdə “Cenoa”nın qonağı olub. Milan təmsilçisi bu oyunda darmadağına sevinib.

Son turda “Udineze”yə məğlub olan “Yuventus”, bu dəfə “Sampdoriya”nı qəbul edib. İnamlı qələbə qazanan Turin təmsilçisi sona iki tur qalmış çempionluğu təmin edib. “Qoca sinyora” ardıcıl 9-cu, bütövlükdə isə 36-cı dəfə İtaliya çempionu olub.

İtaliya A Seriyası, 36-cı tur

24 iyul

''Milan'' – ''Atalanta'' 1:1
Qol
: H.Çalhanoğlu, 14 – Sapata, 34.

25 iyul

''Breşiya'' – ''Parma'' 1:2
Qol
: Dessena, 62 – Darmian, 59. Kuluşevski, 81.

''Cenoa'' – ''İnter'' 0:3
Qol
: Lukaku, 34; 90+4. A.Sançes, 83.

''Napoli'' – ''Sassuolo'' 2:0
Qol
: Husay, 8. Allan, 90+4.

26 iyul

''Bolonya'' – ''Leççe'' 3:2
Qol
: Palasio, 2. Soriano, 5. Barrov, 90+3 – Mankosu, 45+2. Falko, 66.

''Roma'' – ''Fiorentina'' 2:1
Qol
: Veretu, 45-pen; 87-pen – Milenkoviç, 54.

''Kalyari'' – ''Udineze'' 0:1
Qol
: Okaka, 3.

SPAL – ''Torino'' 1:1
Qol
: D’Alessandro, 80 – Verdi, 57.

''Verona'' – ''Latsio'' 1:5
Qol
: Amrabat, 38 – İmmobile, 45+6-pen; 84; 90+4-pen. Milinkoviç-Saviç, 56. Korrea, 63.

''Yuventus'' – ''Sampdoriya'' 2:0
Qol
: Ronaldo, 45+7. Bernardeski, 67.