çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Neqredo yenidən İspaniyada

27.07.2020 12:26 Oxundu 534

Bu mövsüm La Liqaya yüksələn ''Kadiz'' klubu transfer çalışmalarına start verib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İspaniya millisinin sabiq üzvü Neqredo karyerasını öz ölkəsində davam etdirəcək. Təcrübəli hücumçu ''Kadiz'' klubu ilə yeni müqavilə imzalayıb.

Qeyd edək ki, 34 yaşındakı Neqredo karyerası ərzində ''Beşiktaş'', ''Rayo Valekano'', ''Real Madrid'', ''Mançester Siti'', ''Valensiya'', ''Sevilya'', ''Midlsbro'', ''All Nasr'' klublarında forma geyinib.

Hücumçu Qətər klubunda çıxdığı 26 oyunda 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.