çərşənbə axşamı, 29 iyul 2025

BİZİM FUTBOL

Yığmamızın oyunlarının vaxtı açıqlandı

27.07.2020 12:50 Oxundu 598

19 yaşadək qızlardan ibarət yığma komandamızın AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

Cempion.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz ilk qarşılaşmasını noyabrın 25-də İsveç futbolçularına qarşı keçirəcək. Komandamızın növbəti rəqibi Belçika yığması olacaq. Görüş noyabrın 28-ə təyin olunub. Millimiz qrupdakı sonuncu matçında isə Kipr komandası ilə qarşılaşacaq. Bu oyun dekabrın 1-də keçiriləcək. 

Qeyd edək ki, qrupun oyunları Belçikada olacaq.