27.07.2020 13:15
752


Bu yay heyətinə 4 legioner qatan "Neftçi" daha bir əcnəbi futbolçunu transfer edə bilər.
Cempion.az xəbər verir ki, paytaxt təmsilçisinin macar futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir. Məlumata görə, hər iki tərəf arasında danışıqlar davam edir.
Qeyd edək ki, karyerasına Macarıstanın "Veşprem" klubunda başlayan Soma Novotnı 2012-ci ildə "Napoli" yə transfer olunub və 2016-cı ilədək İtaliyanın"Paqanese","Mantova","Südtirol"və Macarıstanın "Diosqyor" klublarında forma geyinib. Onun sonuncu komandası "Uypeşt"dir. Soma ölkəsinin müxtəlif yaş qrupları üzrə seçmə komandalarında da oynayıb.
“Neftçi” klubundan hələlik transferlə bağlı rəsmi məlumat verilməyib.