çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

''Suonsi''dən ilk görüşdə qələbə

27.07.2020 13:49 Oxundu 534
 
Çempionşipi 3-cü yerdə başa vuran ''Brentford'' Uelsdə çempionatı 6-cı yerdə tamamlayan ''Suonsi'' ilə qarşılaşıb.

Cempion.az xəbər verir ki, Premyer liqaya vəsiqə uğrunda keçirilən ilk pley-off qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar. 1-ci hissədə hesab açılmayıb. Fasilədən sonra ''Suonsi'' futbolçuları penalti vurmaq hüququ əldə ediblər. Amma Andre Ayyu bu fürsətdən yararlana bilməyib. Az sonra ''Brentford'' meydanda azlıqda qalıb. Riko Henri qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən ''Suonsi'' futbolçuları qələbə qolunu vurmağa nail olublar. Andre Ayyu görüşün taleyini həll edib. Minimal hesabla qalib gələn ''Suonsi'' iyulun 29-u keçiriləcək cavab oyununa üstünlüklə çıxacaq.  

Qeyd edək ki, pley-ofun digər cütündə Fulhem və Kardif komandaları üz-üzə gələcək.