27.07.2020 14:17
584


İngiltərənin "Mançester Yunayted” klubunun yay transferlərinə ayıracağı vəsait müəyyənləşib.
Cempion.az ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi bunun üçün 150 milyon avro ayırmağa hazırdır.
Heyətini gücləndirmək niyyətində olan Premyer Liqa klubu mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi almağı planlaşdırır. Müdafiənin mərkəzi üçün iki oyunçunun transferi gündəmdədir.