27.07.2020 14:47
751


Türkiyəli müdafiəçi Ozan Kabak karyerasını İngiltərədə davam etdirə bilər.
Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, 30 il sonra Premyer Liqada çempionluq yaşayan ''Liverpul'' klubu Lovrenin boşluğunu doldurmağa çalışır. İngiltərə təmsilçisi Almaniyanın ''Şalke'' klubunda forma geyinən təcrübəli müdafiəçi Ozan Kabakı transfer etmək istəyir. Gələn ildən sərbəst qalma dəyəri 45 milyon avroya yükçələcək olan Ozan üçün ''Liverpul'' klubu Almaniya təmsilçisinə 35 milyon avro təklif etməyə hazırlaşır.
Xəbərdə bildirilir ki, 20 yaşındakı müdafiəçi ''Şalke'' rəhbərliyinə İngiltərədə oynamaq istədiyini bildirib.
Qeyd edək ki, Bundesliqa klubu ilə 2024-ci ilə qədər müqaviləsi olan Ozan bu mövsüm çıxdığı 28 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.