çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

“Tottenhem” klubu təcrübəli müdafiəçi ilə yollarını ayırıb

27.07.2020 15:45 Oxundu 576


İngiltərənin “Tottenhem” klubu təcrübəli müdafiəçi ilə yollarını ayırıb.

Cempion.az xəbər verir ki, Yan Vertongen London klubundan ayrılıb. Bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat verib.

O, “Tottenhem”lə başa çatan müqaviləni yeniləməyib.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2012-ci ildə “Ayaks”dan “Tottenhem”ə transfer olunmuşdu.