cümə, 19 aprel 2024

BİZİM FUTBOL

İranlı futbolçu  “Neftçi”nin hədəfində

28.07.2020 10:09 Oxundu 651


“Persepolis”in futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər.

Cempion.az  “Metaratings” nəşrinə istinadən xəbər verir ki, “Neftçi” 25 yaşlı hücumçu Əli Əlipur ilə yaxından maraqlanır.

Xəbərdə bildirilir ki, Bakı təmsilçisinin Əlipura illik 300 min avro qazanacağı müqavilə təklif etdiyi bildirilib.

Son mövsümdə “Persepolis”lə 16 oyunda iştirak edən Əlipuer, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçu 3 dəfə də İran yığmasının formasını geyinib.

Qeyd edək ki, Əlipurun “Persepolis”lə müqaviləsi iyunun sonunda bitib. Futbolçu komandasıyla hələ yeni müqavilə imzalamayıb.