28.07.2020 10:39
554

PSJ-nin hücumçusu Çempionlar Liqasında iştirak etmiyəcək.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, ulduz futbolçu Kilian Mbappe 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. 21 yaşlı oyunçu zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ilk matçı buraxacaq.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/4 finalında “Atalanta” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk görüş 12 avqustda baş tutacaq.
PSJ-nin “Sent-Etyen”ə 1:0 hesabıyla qalib gəldiyi final qarşılaşmasının 33-cü dəqiqəsində ayağı burxulan Mbappe, meydanı göz yaşları içində, xərəkdə tərk etmək məcburiyyətində qalmışdı.