çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

Kavani Portuqaliya yolunda

28.07.2020 12:22 Oxundu 497

Uruquvaylı hücumçu karyerasını Portuqaliyda davam etdirə bilər.

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ ilə müqavilə uzatmayan Edinson Kavani ''Benfika'' ilə ilkin razılığa gəlib. 33 yaşındakı qolçu Portuqaliya klubunun təklif etdiyi iki illik müqaviləyə razı olub. Transferin çərşəmbə günü açıqlanması gözlənilir.

Qeyd edək ki, karyerası ərzində ''Danuibo'', ''Palyermo'', ''Napoli'' formaları geyinən Kavani 2013-ci ildən PSJ-də çıxış edirdi.