28.07.2020 13:12
569

“Neftçi” klubu Namik Ələskərovla müqavilənin müddətini uzadıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə paytaxt təmsilçisi 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ələskərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.