çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

''Şalke''dən ''Liverpul''a

28.07.2020 14:12 Oxundu 599

''Liverpul''un Ozan Kabak ilə maraqlandığını xəbər vermişdik.

Cempion.az ''Bild'' nəşrinə istinadən xəbər verir ki, ''Şalke'' klubu da türkiyəli müdafiəçi ilə yollarını ayırmağı planlaşdırır. Almaniya təmsilçisi koronavirusun kluba vurduğu maddi ziyanı aradan qaldırmaq üçün Ozanı 45 milyon avroya satmağı düşünür. Təcrübəli mərkəz müdafiəçisi ilə Mersisayd təmsilçisi yaxından maraqlanır. ''Liverpul''un təcrübəli baş məşqçisi Klopp 20 yaşındakı futbolçunu israrla komandasında görmək istəyir. ''Qırmızılar'' Ozan Kabak üçün ''Şalke'' tərəfinə 35 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Bundesliqa klubu ilə 2024-ci ilə qədər müqaviləsi olan Ozan bu mövsüm çıxdığı 28 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.