çərşənbə axşamı, 29 iyul 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın transfer planı

28.07.2020 15:11 Oxundu 706


Türkiyənin  "Qalatasaray" klubu yeni mövsüm üçün transfer çalışmalarına start verib.

Cempion.az ''Fanatik.com'' nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngi yay transfer dönəmində heyyətini bir çox ulduz futbolçu ilə gücləndirəcək.

Mərakeş millisinin üzvü Belhanda ilə yolları ayırmağa hazırlaşan "Qalatasaray" rəhbərliyi onun boşluğunu təcrübəli futbolçu ilə doldurmaq niyyətindədir. Fatih Terimin siyahısında David Silva və Mario Götzenin adları yer alır.

Mövsüm sonu "Mançester Siti" və "Borussiya" (Dortmund) klubları ilə müqavilələri başa çatan futbolçularla danışıqlar başlayıb. Hər iki oyunçuya ilinə 4.5 milyon avro təklif olunub.

Götze yaşı (28) səbəbindən öndə tutulsa da, Silvanın (34) təcrübəsi ilə "cim-bom"a faydalı olacağı güman edilir.

Qeyd edək ki, "Barselona" ilə müqaviləsi bitən Arda Turanın "Qalatasaray"la 1+1 illik müqavilə imzaladığı bildirilir.