çərşənbə axşamı, 23 dekabr 2025

DÜNYA FUTBOLU

"Everton"un yeni hədəfi

28.07.2020 15:43 Oxundu 633

Serbiyalı müdafiəçi karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Cempion.az xəbər verir ki, bu barədə Serbiyanın ''Novosti'' nəşri məlumat yayıb. Xəbərdə, İvanoviçin ''Everton''la razılıq əldə etdiyi bildirilir. 36 yaşlı futbolçunun "Zenit"lə müqaviləsi 31 iyulda başa çatacağından, "Everton" keçidə görə qarşı tərəfə heç bir məbləğ ödəməyəcək.

Qeyd edək ki, İvanoviç daha öncə 2008-2017-ci illər aralığında Premyer Liqada "Çelsi" formasını geyinib.