28.07.2020 16:49
584


''Mançester Yunayted''in Ceydon Sançonu transfer etmək niyyəti baş tutmayıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''qırmızı şeytanlar'' Almaniyanın Borussiya ''Dortmund'' klubunda özünü yaxşı tərəfdən göstərən ingiltərəli hücumçu Sançonu transfer edə bilməyiblər. ''Mançester Yunayted'' israrla istədiyi futbolçu üçün 98 milyon avro təklif edib, qarşı tərəf isə bu məbləği qəbul etməyib.
Xəbərdə bildirilir ki, klublar arasında danşıqlar davam edir.