28.07.2020 17:49
589


Türkiyənin "Qalatasaray” klubu heyətinə yeni futbolçu ilə gücləndirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, İstanbul nəhəngi Emre Kılınçla razılığa gəlib. 26 yaşlı yarımmüdafiəçi "sarı-qırmızılar”la 4 illik müqaviə imzalayıb. Müqavilənin şərtləri hələ ki, açıqlanmayıb. Azad agent statusu daşıyan futbolçu üçün "Qalatasaray” klubunun heç bir xərci çıxmayıb.
Qeyd edək ki, Kılınç 2016/17 mövsümünün qış fasiləsində "Boluspor”dan "Sivasspor”a transfer olunub.