28.07.2020 18:51
649
649

"Sumqayıt" klubun sadiq azarkeşlərindən Azad Məmmədov dünyasını dəyişib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, yerli publikanın "Azad dayı" kimi tanıdığı azarkeş 70 yaşında insultdan rəhmətə gedib.
Məmmədovun ən böyük arzusu "Sumqayıt"ın avrokubok oyununu görmək idi. Klub Avropa Liqasına vəsiqə qazansa da, qocaman azarkeş bunu görə bilmədi.
Allah rəhmət eləsin!