çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Qabonlu hücumçu Avropa klublarının hədəfində

28.07.2020 19:19 Oxundu 594

''İnter'' və ''Barselona'' Arsenalın hücumçusu ilə maraqlanır.

Cempion.az İspaniyanın ''Athletic'' nəşrinə istinadən xəbər verir ki, qabonlu hücumçu London klubunda karyerasını davam etdirmək istəyir. Obameyanq ''Arsenal'' rəhbərliyinə maaşının qaldırılmayacağı təqdirdə ''topçular''dan ayrılacağını bildirib. ''Barselona'' və Kontenin başçılıq etdiyi ''İnter'' klubları təcrübəli qolçuya ''Arsenal''dan istədiyi maaşı verə biləcəylərini açıqlayıblar. Obameyanq isə İngiltərə təmsilçisindən ayrılacağı təqdirdə karyerasını İspaniyada davam etdirəcəyini qeyd edib.