29.07.2020 13:41
755


"İnter" hücumçu Aleksis Sançeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə danışıqları davam etdirir. Çilili hücumçunun "İnter"lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.
Qeyd edək ki, 31 yaşlı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 27 oyun keçirib və 4 qol vurub. Sançesin aktivində 10 məhsuldar ötürmə var.