29.07.2020 14:11
552

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Cempion.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt” Cəmaləddin Xocaniyazovla müqavilənin müddətini uzadıb. Müdafiəçi qarşıdakı 2 mövsümdə də komandanın uğurları üçün çalışacaq.
Cəmaləddin geridə qalan 2019/2020 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. Müdafiəçi oynadığı matçlarda 1 məhsuldar ötürmə etməyi də bacarıb.
Qeyd edək ki, “Sumqayıt” daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxovla yeni müqavilə imzalamışdı.