çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Silva karyerasını İtaliyada davam etdirə bilər

29.07.2020 14:42 Oxundu 548

“Mançester Siti” dən ayrılan David Silva karyerasını İtaliyada davam etdirə bilər.

Cempion.az ''The Times'' nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunu “Latiso” heyətinə cəlb etməyi planlaşdırır. Roma təmsilçisinin artıq Silva ilə danışıqlara başladığı bildirilir. 34 yaşlı yarımmüdafiəçinin keçidində ən çox komandanın baş məşqçisi Siome İnzaqinin maraqlı olduğu qeyd olunub.

Qeyd edək  ki, 2010-cu ildən "Mançester Siti" də çıxış edən Silva Premyer Liqanın son mövsümündə 6 qol vurub, 10 məhsuldar ötürmə edib. Qeyd edək ki, ispaniyalı futbolçu ilə Birləşmiş Ərəb Əmirliklərinin 2 komandasının da maraqlandığı bildirilir.