çərşənbə, 30 iyul 2025

DÜNYA FUTBOLU

Kaleb Ekuban Avropa klublarnın hədəfində

29.07.2020 17:45 Oxundu 528

''Trabzonspor''un qanalı hücumçusu Avropa klublarının hədəfindədir.

Cempion.az ''GHANA Soccer Net'' nəşrinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi ilə iki illik müqaviləsi qalan Kaleb Ekuban ilə İspaniyanın ''Selta Viqo'' və İtaliyanın “Latiso” klubları yaxından maraqlanır. “Latiso”nun baş məşqçisi Oskar Qarsia Nunyentin gələn mövsüm üçün güclü heyyət qurmaq niyyətindədir. Hücum xəttini gücləndirmək istəyən  Nunyent israrla  Ekubanı transfer etmək istəyir. ''Trabzonspor'' rəsmiləri isə qanalı qolçu üçün 3,2 milyon avro tələb edir.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm ''fırtına'' ilə çıxdığı 33 oyunda 10 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.